“Əminəm ki, Azərbaycan-Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi var”

“Əminəm ki, Azərbaycan-Tacikistan münasibətlərinin çox yaxşı gələcəyi var”
SİYASƏT
15:59 05.04.2023
229
"Siz qeyd etdiyiniz kimi, Azərbaycanla Tacikistan arasında münasibətlərin yaxşı tarixi və əminəm ki, çox yaxşı gələcəyi var”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü zamanı söyləyib.

Dövlətimizin başçısı deyib: "Biz həm beynəlxalq məkanlarda, beynəlxalq strukturlar çərçivəsində və əlbəttə, ikitərəfli formatda çox istiqamətlər üzrə əməkdaşlıq edirik. Əməkdaşlığın, o cümlədən ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində dərinləşməsi üçün çox yaxşı perspektivlər var”.
OXŞAR XƏBƏRLƏR