YouTube 2025-ci ilə dair trendlər hesabatını yayımlayıb.
AZXEBER.COM tech.az-a istinadən yazır ki, hesabatda platformada regionlar üzrə ən populyar məzmun istiqamətləri, istifadəçi davranışları və xüsusilə Shorts formatında istifadə edilən musiqilər diqqət mərkəzindədir.
Hesabatın ən maraqlı məqamlarından biri "JONY, EMIN – Камин” mahnısının YouTube Shorts videolarında ən çox istifadə edilən musiqilər siyahısında ikinci yerə yüksəlməsidir. Mərkəzi Şərq və Şimali Afrika (MENA) regionlarında musiqi kontentinin xüsusi populyarlığı da bu siyahıya təsir edən əsas faktorlardandır.










































