Qız oğlanın onu tarlada zorladığını bildirib.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Ərzurum vilayətinin Pazaryolu qəsəbəsində yaşayan əmisi qızı H.N.A.-nı tarlada zorladığı iddiası ilə barəsində 15 il həbs cəzası istənilməklə cinayət işi açılan Abdulbaki A. qanunsuz yollarla qaçdığı Rusiyadan İnterpol vasitəsilə ələ keçirilərək, Türkiyəyə gətirilib.Ağız Cəza Məhkəməsində ifadə edən Abdulbaki A. bunları deyib: “Qızı zorlasaydım, onu evimə aparardım. O, birdən qışqırmağa başladı. Heç kim eşitməsin deyə, əlimlə ağzını tutdum. Qışqırmağa davam etdi, mən də onu orada qoyub qaçdım. İstəsəydim, tarlada onu zorlayardım”.İstintaq nəticəsində belə məlum olub ki, müttəhim H.N.A.-ya evlilik təklif edib və rədd cavabı alıb. Hirslənən oğlan qızın telefonuna belə bir ismarış göndərib: “İstəsəm səni hər gün getdiyin tarladan bir göz qırpımında alıb apararam”.Sonra qızla tarlada qarşılaşan oğlan çiyninə vuraraq onu yerə yıxıb. “Sən mənə ərə gəlmədin, məni rüsvay etdin, mən də səni zorlayıb biabır edəcəyəm. Heç kim sənin üzünə baxmayacaq. Mənimlə evlənəcəksən” deyib və qızı zorlamaq istəyib.İfadə verən Abdulbaki qızın onunla evlənmək istədiyini, özünün isə ona rədd cavabı verdiyini deyib və cinayəti boynuna almayıb.Müttəhimin barəsində tələb olunan 15 il həbs cəzası dəyişdirilməyib.