Əmisini öldürdü: ölkədən qaçmaq istəyərkən tutuldu

Əmisini öldürdü: ölkədən qaçmaq istəyərkən tutuldu
SOSİAL
10:50 30.05.2025
252
Lənkəranda cinayət əməli törətməkdə şübhəli bilinən şəxs ölkəni tərk etmək istəyərkən saxlanılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Vilvan kəndində cinayət əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ölkəni tərk etməyə cəhd edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

O, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyevi öldürməkdə şübhəli bilinir.

Qeyd edək ki, Vəliağa Səbziyevin Elşən Hüseynzadənin əmisi olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR