Çempion Ramil Hacıyevin qardaşı dəhşətli yol qəzasında öldü - VİDEO

Çempion Ramil Hacıyevin qardaşı dəhşətli yol qəzasında öldü - VİDEO
SOSİAL
14:03 25.03.2019
7682
Boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev yol qəzasında ölüb.

AZXEBER.COM avtosfer.az-a istinadən xəbər verir ki, Şamil Hacıyevin idarəetməsindən çıxan "BMW” markalı avtomobil əvvəlcə park edilmiş "Hyundai Sonata”ya sonra da havaya qalxaraq elektrik xəttinə çırpılaraq yanıb. Bu barədə "Vesti” qəzeti məlumat yayıb. Qəza Ukraynanın Odessa şəhərində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, toqquşmadan sonra "BMW” hissələrə ayrılıb və parçaları 10 metrələrlə ətrafa saçılıb.

22 yaşlı sürücü Şamil Hacıyev və 33 yaşlı qadın sərnişin xəstəxanaya çatdırılsalar da onların həyatını xilas etmək mümkün olmayıb.


OXŞAR XƏBƏRLƏR