Çempionlar Liqası: Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb

Çempionlar Liqası: Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb
İDMAN
13:43 08.09.2024
285
Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, həlledici mərhələyə gedən yolda "Andezit" (Ukrayna) klubu ilə üz-üzə gələn təmsilçimiz rəqibini penaltilər seriyasında məğlub edib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita"ya 2:1 hesabı ilə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR