xari

Çempionlar Liqası: "Çelsi"nin hər iki matçı İspaniyada olacaq

İDMAN
20:12 30.03.2021
232
Portuqaliyanın "Portu" və İngiltərənin "Çelsi" komandaları arasındakı Çempionlar Liqasının 1/4 final oyunları İspaniyada olacaq.

AZXEBER.COM UEFA-nın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, qarşılaşmalar koronavirus pandemiyası səbəbindən Sevilya şəhərindəki "Roman Sançes Pisxuan" stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk oyun aprelin 7-də, cavab qarşılaşması isə aprelin 13-də gerçəkləşəcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR