Çempionlar Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşdi

İDMAN
16:22 20.06.2023
265
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ”ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Ağdam klubu ilk raundda Cəbəllütariqin "Linkoln” klubu ilə üz-üzə gələcək. "Atlılar” ilk oyunu səfərdə keçirəcəklər.

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə iyulun 18-19-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR