Çempionlar Liqası: “Qarabağ”ın növbəti raunddakı mümkün oyununun vaxtı müəyyənləşdi

İDMAN
14:12 19.07.2023
210
"Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün oyunun vaxtı müəyyənləşib.

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi "Linkoln”u keçəcəyi təqdirdə, Polşa klubu "Rakuv”la iyulun 26-da qarşılaşacaq.

"Qarabağ” – "Linkoln” cütünün qalibi həmin gün II mərhələnin ilk görüşündə Polşa klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-ə planlaşdırılıb.

Qeyd edək ki, "Qarabağ”la "Linkoln” bu gün Bakı Olimpiya Stadionunda I təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar. Bu komandalar arasındakı ilk matçda Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.
OXŞAR XƏBƏRLƏR