Avroliqada ispan dueli baş tutacaq
İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.
AZXEBER.COM-un məlumatına görə, püşkün nəticəsinə əsasən Çempionlar Liqasının yarımfinal mərhələsində "Real" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)
"Atletiko" (Madrid, İspaniya) - "Çelsi" klubları üz-üzə gələcək.
Avroliqada isə "Sevilya" (İspaniya) - "Valensiya" (İspaniya), "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya) duelləri baş tutacaq.
Qeyd edək ki,Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək. Avroliqada isə yarımfinal mərhələsinin oyunları 24 aprel və 1 may tarixlərində keçiriləcək.