Çempionlar Liqasında V turun oyunları keçirildi - NƏTİCƏLƏR

İDMAN
10:04 27.11.2014
1340
Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu dəfə A, B, C və D qrupunun görüşləri baş tutub.

İlk qarşılaşma Sankt-Peterburqda keçirilib. "Zenit" "Benfika"nı qəbul edib. Oyunun taleyini 1 qol həll edib ki, buna da Rusiya klubu imza atıb – 1:0.

Bu oyunların ən maraqlısı Belçikada reallaşıb. Burada növbəti mərhələdən əlini üzən, yalnız ümidini Avropa Liqasına bağlayan "Qalatasaray" "Anderlext"lə üz-üzə gəlib. “Cim-Bom” yenə azarkeşlərini üzüb. Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyirinə tamamlanıb.

Qeyd edək ki, daha əvvəl 1/8 final mərhələsinə vəsiqə qazanan 7 komandanın - “Bavariya” (Almaniya), “Porto” (Portuqaliya), PSJ (Fransa), “Barselona” (İspaniya), “Real” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya) və “Şaxtyor”un (Ukrayna) ardınca “Atletiko” və “Arsenal” da onların sıralarına qoşulub.

Çempionlar Liqası

V tur

26 noyabr

A qrupu

"Malmö” - "Yuventus" - 0:2

"Atletiko” - "Olimpiakos" - 4:0

B qrupu

"Bazel" - "Real" - 0:1

"Ludoqorets" - "Liverpul" - 2:2

C qrupu

"Zenit" - "Benfika" - 1:0

"Bayer" - "Monako" - 0:1

D qrupu

"Anderlext" - "Qalatasaray" - 2:0

"Arsenal" - "Borussiya” - 2:0

OXŞAR XƏBƏRLƏR