Əmrah Nağıyev Avropa çempionatında Azərbaycanı təmsil edəcək

Əmrah Nağıyev Avropa çempionatında Azərbaycanı təmsil edəcək
İDMAN
15:03 08.06.2025
284
İyunun 5-dən 7-dək Azərbaycan İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə ölkə çempionatında Naxçıvan Muxtar Respublikasının təmsilçisi Əmrah Nağıyev uğurlu çıxışı ilə seçilib.

AZXEBER.COM xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, o, 3 000 metr məsafəyə maneəli qaçış və 5 000 metr məsafəyə qaçış növlərində birinci yeri tutaraq iki qızıl medal qazanıb.

Göstərdiyi yüksək nəticələr sayəsində Əmrah Nağıyev iyunun 24-də Sloveniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daxil edilib.

Qeyd edək ki, Ə.Nağıyev Avropa çempionatına vəsiqə qazanmaqla bu uğura imza atan ilk naxçıvanlı atlet olub.
OXŞAR XƏBƏRLƏR