Emre Belezoğlu 'Fənərbağça'ya geri döndü

İDMAN
07:35 30.01.2013
1241
Türkiyənin “Fənərbağça” klubu da transfer bombasını partladıb.AZXEBER.COM-un “Habertürk”ə istinadən verdiyi məlumata görə, İstanbul klubu Madrid “Atletiko”sundan keçmiş oyunçusu Emre Belözoğlunu transfer edib. Mövsümün əvvəlində baş məşqçsi Aykut Kocamanla aralarındakı problemlər üzündən komandasından ayrılpan və “Atletiko”ya gedən futbolçunun İspaniya macərası cəmi 6 ay çəkdi. Məlumata görə, “Fənərbağça”nın prezidenti Əziz Yıldırım Emre Belözoğluya şəxsən zəng edib və “Komandanın sənə ehtiyacı” var deyərək geri çağırıb.

OXŞAR XƏBƏRLƏR