AZXEBER.COM-un verdiyi məlumata görə, Azərbaycanın ən mühüm xəbər saytlarından biri olan editor.az hospitalı “2012-ci ilin ən yaxşı tibb müəssisəsi” adına layiq görüb.
Mükafatı hospitala editor.az-ın baş redaktoru Fərid Şahbazlı təqdim edib.
“EMSEY Hospital”ın baş müdiri Cengiz Bozca mükafatlandırma mərasimində azərbaycanlı gənclərə təşəkkürünü bildirib və qardaş ölkə Azərbaycanla gələcəkdə əməkdaşlıqlarını daha da artıracaqlarına ümid etdiyini deyib. Fərid Şahbazlı isə öz növbəsində “EMSEY Hospital”ın dünya standartlarına cavab verdiyini və Azərbaycanda da bəyənildiyini qeyd edib.
Qeyd edək ki, mükafatlandırma mərasimində – azxeber.com-un təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarov da iştirak edib. Bu xəbər Türkiyə mediasında da geniş yayımlanıb. Tümhaber.com.tr və serhaber.com.tr xəbər portalları, Səmərqənd TV televiyası mekafatlanıdrma mərasimini işıqlandırıb.