'Emsey Hospital' ilin ən yaxşı xəstəxanası seçildi

MARAQLI
01:50 26.12.2012
1921
Türkiyənin İstanbul şəhərində yerləşən nüfuzlu Emsey Hospitalı Azərbaycanın Editor.az İnformasiya Portalı tərəfindən “İlin tibb müəssisəsi” seçilib. Emsey Hospital bu ada beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tibb xidmətinə görə layiq görülüb. Yanvar ayında İstanbulda təşkil olunacaq mərasimdə “İlin tibb müəssisəsi” Emsey Hospitala təqdim olunacaq.Qeyd edək ki, otelə bənzəyən 7 ulduzlu klinikada çoxlu əməliyyatlar – beyin və sinir cərrahiyyə əməliyyatlarında çox kiçik 0,5 sm-lik kəsiklə Endoskopik Disk Cərrahiyyəsi, beyindəki şiş əməliyyatları, Ortopedi və Travmatologiya şöbəsində spinal cərrahiyyə və skolyoz(onurğa əyriliyi) əməliyyatları həyata keçirilir. Klinikada xroniki ağrılar ozon terapisi ilə müalicə olunur.Hematologiya şöbəsində qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün ən son müalicə üsullarından istifadə edilir.Klinikaya müraciət edən xarici vətəndaşlar tərcüməçilər tərəfindən hava limanında qarşılanır və xəstəxanaya gətirilir.HOSPİTALIN RƏSMİ SAYTI: https://www.emseyhospital.com/
OXŞAR XƏBƏRLƏR