Əmtəə bazarlarında qızıl ucuzlaşır, gümüş isə bahalaşır

Əmtəə bazarlarında qızıl ucuzlaşır, gümüş isə bahalaşır
İQTİSADİYYAT
09:39 17.06.2025
189
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,11% azalaraq 3 413,6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,14% artaraq 36,5 ABŞ dolları olub.
OXŞAR XƏBƏRLƏR