2014-cü ildə Soçi şəhərində keçiriləcək Qış Olimpiya oyunlarına biletlərin qiymətlərini açıqlayıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Olimpiya oyunlarına reklamsız baxmaq istəyənlər təxminən 1000 avroya qədər pul xərcləməli olacaq. Ən bahalı biletin qiyməti isə 1000 avrodur.İmkanlı turistlər hokkey oyunlarını izləmək üçün təxminən 1000 avro, fiqurlu konkisürməyə görə 500 avro, xizək idmanına görə 150 avro ödəməli olacaq.Fevral ayından satışa çıxarılacağı gözlənilən biletlərin qiyməti 30-1000 avro arasında dəyişir. Bilet qiymətlərinin dünya standartlarına uyğun bir şəkildə dəyərləndirildiyi bildirilir. Satışa ən çox 30, 50, 800 və 1000 avroluq biletlər çıxarılacaq.