Məşhurların ən bahalı boşanma siyahısı açıqlanıb. “CelebrityCafe” portalı Amerika ulduzlarının həyatı ilə bağlı xüsusi siyahını açıqlayıb. Siyahıya tanınmış basketbolçu Maykl Cordon və onun həyat yoldaşı Xuanita başçılıq edirlər. Boşanma Maykl Cordana düz 168 milyon dollara başa gəlib. Cütlük 2006-cı ildə ayrılıb.
Bu sıralamanın “gümüş”ü keçmiş cütlük Nik Daymond və onun həyat yoldaşı, prodüsser Marsi Merfiyə düşüb. Bu cütlük isə evlilik həyatını 150 milyon dollarla yekunlaşdırıblar. Üçlüyü rejissor Stiven Spilberq və aktrisa Emi İrvinq bağlayır. Məşhur rejissor və aktrisa 1989-cu ildə boşanıblar. Hollivud kino rejirossoru boşanma zamanı keçmiş həyat yoldaşına 100 milyon dollar ödəməli olub.
Onluqdakı sonrakı cütlüklərin qiymətlərində kəskin azalma müşahidə edilir. Müasir şou-biznesdə sənətçilər pulları ilə ehtiyatlı davranmağa üstünlük verirler. Məsələn, müğənni Madonna və həyat yoldaşı Qay Riçinin boşanması 92 milyon dollara başa gəlib. Digər tanınmış rejissor Ceyms Kemeron həyat yoldaşı, aktrisa Linda Hamiltona sadəcə 50 milyon ödəyib. Bitls qrupunun keçmiş üzvü Pol Makkartninin qalmaqallı boşanması isə ona nisbətən daha ucuz başa gəlib. Müğənni həyat yoldaşı Hizer Millzə 46,8 milyon dollar verməli olub. Reytinqi aktyor Maykl Duqlas və Diandra Lyükerin boşanması bağlayır. Cütlük 45 milyon dollarla nigahlarını pozublar.