Ən böyük arzusu "Qalatasaray" - "Qarabağ" oyunu idi, o da stadionda olacaq - VİDEO

İDMAN
17:44 14.03.2023
609

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı "Qalatasaray" xəyalı ilə gündəm olan Azərbaycan əsgəri Murad Hüseynov "Qarabağ" klubuna dəvət olunub.

Türkiyənin ATV kanalına müsahibə verən M.Hüseynov ilk öncə "İstiqlal marşı"nı oxumuş, daha sonra isə xəyalının Xankəndi şəhərində "Qarabağ" - "Qalatasaray" matçını izləmək olduğunu bildirmişdi. 

Arzusu gerçəkləşən M.Hüseynov "Qarabağ” klubunun bazasına dəvət olunub. Klub nümayəndələri onunla görüşüb, qarşıdakı görüşü canlı izləmək üçün oyuna dəvət edib. M.Hüseynov klubu ziyarət zamanı futbolçu Qara Qarayevlə görüşüb. Görüşdən şəkli Feysbukda iş adamı Emin Tarverdiyev paylaşıb.

Qeyd edək ki, matç martın 26-sı saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. ///offsideplus.az

 

 

OXŞAR XƏBƏRLƏR