Bu sözləri AZXEBER.COM-a açıqlamasında prezidentliyə namizəd, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib. A. Əlizadə ötən gün prezidentliyə namizəd, Ümid partiyasının sədri İqbal Ağazadənin “Yeni Müsavat” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlərə də münasibət bildirib. Partiya sədri həmkarının “Azərbaycan həkimlərinin maaşı 1000 manat, tibb işçilərininki 700 manat olacaq” kimi çıxışlarına öz rəyini söyləyib: “Mənim platformamla tanış olan hər kəs bilir ki, mən Azərbaycanda ən çox maaşı analara, hərbçilərə, müəllimlərə verəcəyimi qeyd etmişəm. Təbii ki, hazırkı vəziyyətdə ölkədə bunun üçün münbit şərait var. Amma bunu kor-koranə etmək mümkün deyil. Gərək iqtisadi tempi nəzərə alaq. Bundan sonra maaşların mərhələ-mərhələ qaldırılmasını həyata keçirmək lazımdır. Bu gün bizim istər səhiyyə sektorunda, isətrsə də təhsil sektorunda çox sayda problemlərimiz var. Ən böyük problemimiz isə savadlı vətəndaşların az olmasıdır. Bunun üçün çalışmaq lazımdır”