AZXEBER.COM Milliaz-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ən çox allergiya ilə əlaqələndirilən giləmeyvə növü çiyələkdir. Çiyələyin tərkibində olan müəyyən zülallar bəzi insanlarda ağızda qaşınma, dəri səpgiləri, öskürək, nəfəs darlığı və nadir hallarda anafilaktik şok kimi ağır reaksiyalar yarada bilər. Araşdırmalar göstərir ki, çiyələk allergiyası xüsusilə uşaqlarda daha çox müşahidə olunur.
Bundan əlavə, böyürtkən və qaragilə allergiyaları daha nadir hesab edilsə də, bu hallara da rast gəlinir. Xüsusilə ağcaqayın tozcuqlarına qarşı həssaslığı olan şəxslərdə bəzi giləmeyvələr ağız boşluğunda qaşınma və boğazda narahatlıq yarada bilər. Bu vəziyyət "oral allergiya sindromu" kimi tanınır.
Mütəxəssislər vurğulayırlar ki, giləmeyvə allergiyası ümumilikdə geniş yayılmış olmasa da, risk qrupuna daxil olan şəxslər bu məhsulları ehtiyatla istehlak etməli və mümkün reaksiyalara qarşı hazırlıqlı olmalıdırlar.











































