Ən çox bu ölkədən gələn vətəndaşlarda koronavirusa yoluxma aşkarlanıb - RƏSMİ

Ən çox bu ölkədən gələn vətəndaşlarda koronavirusa yoluxma aşkarlanıb - RƏSMİ
SOSİAL
18:22 13.05.2020
857

"Əvvəlki dövrlərdə Avropa qitəsindən təyyarə ilə gələn vətəndaşlarımız arasında koronavirusa yoluxma halı çox olurdu”.

AZXEBER.COM məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, son dövrlərdə Rusiyadan gələnlər arasında koronavirusa yoluxma halları daha çox müşahidə edilir:

 

O qeyd edib ki, Rusiyadan gələn vətəndaşlar arasında koronavirusa yoluxanların sayı 18-20 faiz olub:

"Bu göstərici müəyyən dövrlərdə dəyişir və artmağa doğru gedir. Aprelin sonu - mayın əvvəlində quru sərhədlə Rusiyadan gələn 540 vətəndaşın 8-10 nəfərində pozitiv hal aşkarlanmışdı”.

OXŞAR XƏBƏRLƏR