Ən çox “iPhone” istifadəçisi olan ölkələr – SİYAHI

MARAQLI
12:46 15.08.2023
428
Avropada "iPhone”a tələbatın hansı ölkələrin yüksək və ya aşağı olduğunu göstərən yeni araşdırma dərc olunub.

AZXEBER.COM xəbər verir ki, "Apple” texnologiya dünyasında inqilabi məhsulları ilə tanınsa da, "iPhone”, şübhəsiz ki, dünyanın parlayan ulduzlarından biridir.

2007-ci ildə şirkətin qurucusu Stiv Cobs tərəfindən təqdim edilən smartfon texnologiyanın ayrılmaz hissəsinə çevrilib. İlk buraxıldığı zaman toxunma ekranı, internet brauzeri və iPod kimi xüsusiyyətləri birləşdirərək mobil rabitəni kökündən dəyişdirən "iPhone”lar bu gün şirkəti yaşadan bir nömrəli məhsul olaraq diqqət çəkir.

Bəs Avropanın hansı ölkələrində "iPhone” tələbatı yüksəkdir? Almaniyadan olan demoqraf Simon Kustenmacher Twitter (X) hesabında yazdığı yazıda Avropada "iPhone” tələbi ilə bağlı məlumatları göstərib.

Dərc edilmiş məlumatlara görə, "iPhone”lar Qərbi Avropa ölkələrində daha populyardır. Ən yüksək göstəricilər Danimarka və Norveçdə müşahidə edilərkən, bu ölkələrdə "iPhone” istifadəçilərinin nisbəti 60-70% təşkil edir.

Böyük Britaniya, İsveç, İsveçrə və Albaniyada yaşayanların yarıdan çoxu (50-60%) "iPhone” modellərinə üstünlük verir. Eynilə, "iPhone” smartfonları Fransa, Belçika, Hollandiya, Avstriya və İrlandiyada populyardır.

Ayşən

OXŞAR XƏBƏRLƏR