Ən çox kişilərdə rastlanılan xərçəng növü - İlkin əlamətlər

Ən çox kişilərdə rastlanılan xərçəng növü - İlkin əlamətlər
SAĞLAMLIQ
23:37 29.11.2022
831
Xərçəng aşkarlanan insanların yarıdan çoxu həyatını itirir.

Hər il dünyada 18 milyon insan xərçəngə tutulur və 9,5 milyona yaxın insan bu xəstəlikdən dünyasını dəyişir. Ağciyər xərçəngi dünyada ən çox yayılmış xərçəng növlərindən biridir.
 
AZXEBER.COM Bakupost.az-a istinadən bildirir ki, ağciyər xərçəngi dünyada kişilərdə rastlanan xərçəng növləri arasında birinci yerdədir.

Qadınlarda isə ən çox görülən üçüncü xərçəng növüdür.

Mütəxəssislər bildirirlər ki, ağciyər xərçənginin 80 faizi siqaretlə əlaqəlidir.

Türkiyəli həkim Aygün Gür bildirib ki, siqaret ağciyər xərçənginin əsas səbəblərindən biridir:

"Siqaretlə yanaşı, qəlyan, elektron siqaret kimi tütün məmulatları da ağciyər xərçənginə gətirib çıxarır.

Bundan başqa havanın kirli olması, zəhərli maddələrə ətraf mühitə yayılması, genetika da ağciyər xərçənginə səbəb olur. Ağciyər xərçəngi ilə mübarizədə ən təsirli üsul insanların heç vaxt siqaretə başlamamasıdır.
 
Siqaret çəkənlər yaşından asılı olmayaraq tərgitməlidir".

Ağciyər xərçəngi ağciyər toxumasındakı normal hüceyrələr nəzarətdən kənarda çoxalıb kütlə və ya şiş əmələ gətirdikdə baş verir. Kütlə böyüyür və əvvəlcə ətrafdakı toxumalara, qan dövranı ilə isə beyin və qaraciyər kimi digər orqanlara yayılır.

Ağciyər xərçənginin ilkin başlarda əlamət göstərmədiyini deyən Aygün Gür "Davamlı və artan öskürək, ağızdan qanlı və ya qanlı bəlğəm öskürək, nəfəs darlığı, döş qəfəsində ağrı, səsin batması, halsızlıq, iştahasızlıq, davamlı və təkrarlayan ağciyər infeksiyası kimi əlamətləri ola bilər" , deyə əlavə edib.

Diaqnoz üçün döş qəfəsinin rentgenoqrafiyası və tomoqrafiya kimi üsullarla xərçəng aşkar edildikdən sonra kütləyə çataraq nümunənin alınma üsulu təyin edilir.

Xərçəngin növü və mərhələsi müəyyən edildikdən sonra müalicə aparılır: "Ağciyər xərçəngində erkən diaqnoz çox əhəmiyyətlidir. Erkən diaqnoz nəinki müalicə şansını artırır, həm də ölüm riskini azaldır".

Müalicə xəstənin yaşı, klinik vəziyyəti, xərçəngin növü və mərhələsi kimi faktorlar əsasında aparılır və cərrahiyyə, kimyaterapiya və ya radioterapiya proqramlarından bir və ya bir neçəsi birlikdə tətbiq edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
İyulun son günlərində bəxti gətirəcək 4 bürc
22:13 26.07.2026
İyulun son günlərində bəxti gətirəcək 4 bürc