AZXEBER.COM xəbər verir ki, xüsusilə emosiyalarını idarə etməkdə çətinlik çəkən və sərt xarakteri ilə seçilən bürclər tez-tez problemlərin mərkəzində olurlar.
Astroloqların siyahısında ilk yerlərdən birini Əqrəb bürcü tutur. Bildirilir ki, Əqrəblər qısqanclıq, həssaslıq və kin saxlamaq xüsusiyyətlərinə görə münasibətlərdə tez-tez gərginlik yarada bilirlər.
Əkizlər bürcü isə dəyişkən xarakteri səbəbindən riskli addımlar ata bilir.
Şir bürcü nümayəndələrinin isə diqqət mərkəzində olmaq istəyi bəzən eqo toqquşmalarına səbəb olur. Astroloqlar bildirirlər ki, tənqidə qarşı həssas yanaşmaları onları konfliktlərə yaxınlaşdırır.
Bununla yanaşı, astroloqlar vurğulayırlar ki, bürclər insan xarakterinə tam təsir göstərmir. İnsanların davranışı daha çox tərbiyə, həyat təcrübəsi və ətraf mühitdən asılıdır.
/BAKU.WS










































