Ən çox qazanan aktyorların adları açıqlandı - SİYAHI

Ən çox qazanan aktyorların adları açıqlandı - SİYAHI
MAQAZİN
11:34 22.10.2012
1952
"Forbes" jurnalı dünyanın ən gəlirli aktyorlarının siyahısını dərc edib. Siyahısıya liderlik televiziya və kino ulduzu Eşton Katçerə qismət olub. Belə ki, yalnız 2012-ci il ərzində aktyor 24 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, bu qonorarı aktyor “İki yarım insan” serialında çəkildiyinə görə alıb. O serialda qalmaqallı Çarli Şini əvəz edib.Eştonu britaniyalı aktyor Xyu Lori izləyir. Onun doktor Haus roluna görə aldığı qonorar 18 milyon dollar təşkil edir.Eyni qonorar məbləği ilə siyahının üçüncüsü “Buz dövrü” cizgi filmini səsləndirən və “Orta yaşlı kişilər” serialının qəhrəmanı Rey Romanodur.Aleks Bolduin və Mark Xermon siyahının 4-5 yerlərini bölüşür. Onların gəliri 15 mln. dollar təşkil edib.
OXŞAR XƏBƏRLƏR