Ən çox satılan smartfon markaları açıqlandı - SİYAHI

MARAQLI
10:13 10.10.2023
578
"Apple", "Samsung" və "Xiaomi" dünya üzrə ən çox satılan smartfon markaları kimi seçilir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, smartfon sənayesində rəqabət yeni modellərin buraxılması ilə dəyişir. "Apple" və "Samsung" arasında olan böyük rəqabətə digər markalar da qoşularaq daha önə çıxmağa çalışır. 

Texnologiya ilə bağlı müxtəlif araşdırmalar aparan Statcounter-in dərc etdiyi 2023-cü ilin sentyabr hesabatına görə, dünyada ən çox satılan smartfon markası bu yaxınlarda "iPhone 15" seriyasını təqdim edən "Apple" şirkətidir. Şirkət bazarın 29,58 faizinə nəzarət edir.

İkinci və üçüncü yerlərdə isə Asiya nəhəngləri olan "Samsung" və "Xiaomi"-dir. Onların bazar payları 24,23 faiz və 10,84 faiz təşkil edir.
 
Günel

OXŞAR XƏBƏRLƏR