Ən pis xəbərlərə mövzu olan nazirliklər onlar oldular - SİYAHI

Ən pis xəbərlərə mövzu olan nazirliklər onlar oldular -  SİYAHI
SİYASƏT
12:25 05.01.2016
2165

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

2015-ci ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda nazirliklərlə əlaqəli 84970 xəbər yerləşdirilib. Bunlardan 81920-i neytral, 614-ü mənfi, 2436-ı isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”:Milli Təhlükəzsilik Nazirliyi (460 xəbər - nazirliyin ləğv edilməsi),Maliyyə Nazirliyi (60 xəbər - manat çevrilişinin günahkarı kimi təqdim olunur),Kənd Təsərrüfatı Nazirliyi (36 xəbər - Baytarlıq idarəsində rüşvət ittihamı).

Müsbət xəbərlər arasında liderlər:Daxili İşlər Nazirliyi (1385 xəbər – nazirlik qanun pozuntuları aşkar edib),Fövqəladə Hallar Nazirliyi (329 xəbər - FHN-in yubiley medalı və xidməti uğurla yerinə yetirməsi).

Xəbər sayına görə sıralama:

1. Daxili İşlər Nazirliyi 11669 xəbər2. Müdafiə Nazirliyi 10967 xəbər3. Fövqəladə Hallar Nazirliyi 10106 xəbər4. Milli Təhlükəzizlik Nazirliyi 8204 xəbər5. Ekologiya Və Təbii Sərvətlər Nazirliyi 6836 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 6627 xəbər dərc edilib. Bu xəbərlərdən 6618 xəbər neytral, 20 xəbər mənfi, 89 isə müsbət xəbərdir. Qəzetlərdə bütün mənfi xəbərlər Azərbaycan Respublikası Milli Təhlükəzizlik Nazirliyinə məxsusdur. Müsbət xəbərlər arasında isə lider Daxili İşlər Nazirliyidir (72 xəbər - nazirlik qanun pozuntuları aşkar edib).

Xəbər sayına görə sıralama:

1. Daxili İşlər Nazirliyi 934 xəbər2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 778 xəbər3. Müdafiə Nazirliyi 647 xəbər4. Fövqəladə Hallar Nazirliyi 489 xəbər5. Təhsil Nazirliyi 460 xəbər

Dekabr ayında televiziya kanallarında nazirliklər haqqında 2199 xəbər göstərilib. Bu xəbərlərdən 2180 xəbər neytral, 13 xəbər müsbət, 6 xəbər isə mənfi xəbərdir.

1. Fövqəladə Hallar Nazirliyi 406 xəbər2. Təhsil Nazirliyi 196 xəbər3. Daxili İşlər Nazirliyi 189 xəbər4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 188 xəbər5. Milli Təhlükəzizlik Nazirliyi 159 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1300 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

OXŞAR XƏBƏRLƏR