Ən qədim əcdadlar bu ölkədə yaranıb - Alimlərdən mühüm ARAŞDIRMA

Ən qədim əcdadlar bu ölkədə yaranıb - Alimlərdən mühüm ARAŞDIRMA
DÜNYA
13:01 27.07.2023
446
Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları indiyə qədər ən böyük insan nəsil ağacını yaratmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yeni araşdırma bəşəriyyətin tarixinə və onun ilk əcdadlarına işıq salır ki, bu da elm aləminin hələ də maraq dairəsindədir.
 
Tədqiqatın aparıcı müəllifi Dr Enthony Wilder Wohns tədqiqatların işini belə izah edib:
 
"Əslində biz əcdadlarımızın genomlarını yenidən qururuq və onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə edirik. O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik. Bizim müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir. Bu əcdadlar hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras alınıb”.

Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər. Nəticə demək olar ki, 27 milyon əcdaddan ibarət bir şəbəkə olub.

"Məlumatlar təkcə insan geologiyasını daha yaxşı anlamağa kömək etmir, həm də tibb kimi digər tədqiqatlarda da faydalı ola bilər", - deyə Dr Wohns əlavə edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR