Ən qəribə, əcaib təzə bəy və gəlin - FOTO

MARAQLI
13:45 15.02.2014
3814
Argentinada dünyanın ən qəribə toylarından biri olub. Qabriela və Viktor Peraltaların toy şəkilləri internetdə sürətlə yayılmağa başlanıb.
Viktorun bədəninin 90 faizi, Qabrielanın vücudunun isə 65 faizi döymələrlə örtülüb.
Onların dediklərinə görə, indiyədək bədənlərində toplam olaraq 77 dəyişiklik olub. Onların arasında 4 mikrodermik implantat, 11 dərialtı implantat, 5 diş implantatı, qulaqlarda 4 genişləndirilmiş, 2 böyük "sırğa" var.
Üstəlik, gəlinin dili ortadan ikiyə bölünüb.
42 yaşlı Qabrielanın dediyinə görə, 43 yaşlı ərinin bədənində dəri örtüyünün 75 faizi döymələrlə örtüldüyü üçün o, "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Buenos-Ayresdəki toydan sonra təzə bəy Viktorun dediyinə görə, onlar 13 il əvvəl tanış olublar.
"Müqəddəs Valentin Günündə toy etdik. Qabi mənim şahzadəm, kraliçamdır. Onu çox sevirəm. Əvvəl qərara gəlmişdik ki, bu günü fotosessiya çəkdirək. Lakin sonradan qeyri-rəsmi nikahımızı rəsmiləşdirmək qərarına gəldik", - Viktor Peralta deyib.
Onun sözlərinə görə, bədəninə ilk döyməni 13 yaşında vurdurub.
Qabrielanın bədənində ilk döymə isə 17 yaşında sinəsinə vurdurduğu, qırmızı qızılgül şəkli olan tatu idi.
Viktor 20 illik təcrübəyə malik pirsinq ustası, Qabriela isə 6 ildən bəri pirsinq və tatuaj rəssamıdır.(milli.az)
OXŞAR XƏBƏRLƏR