Avropanın ən yaxşı snayperçisi yarışında iştirak edən Türk komandoları ilk iki yeri tutub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müsabiqədə Türkiyə Quru Qoşunları komandası 1-ci, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri komandası isə 2-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, 5-11 avqust 2024-cü il tarixləri arasında Almaniyanın Hohenfels şəhərində keçirilən yarışda müxtəlif ölkələrdən 36 komanda qatılıb.