Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir

Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
ÖZƏL
14:17 28.06.2025
280

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər gəldikdən sonra respublikanın sosial-iqtisadi həyatının əsas sahələrindən olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirmiş, bir çox irimiqyaslı layihələr reallaşdırmışdır.
 
Ulu öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə yeni elektrik stansiyalarının, yarımstansiyaların və yüksək gərginlikli elektrik verilişi xətlərinin inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə – 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan "Araz” Su Elektrik Stansiyası inşa edilmiş, 1972-ci ildə 2 saylı Sumqayıt İstilik Elektrik Mərkəzinin gücü 220 MVt-a çatdırılmış, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verilmiş, 1982-ci ildə isə gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının – "Azərbaycan İES”-in təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması, tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır.
 
Stansiyanın birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş və bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Azərbaycan 1969-cu ildə elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə həm də elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir.
Dövlətimiz ölkənin enerji təhlükəsizliyinin təminatı və enerji potensialının daha da gücləndirilməsi məqsədilə irimiqyaslı layihələrin reallaşdırılmasını davam etdirir. Bu baxımdan iyunun 24-də Mingəçevirdə yeni, "8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi vacib və təqdirəlayiq hadisədir.
Stansiyanın açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev öz çıxışında "8 Noyabr” Elektrik Stansiyasının Azərbaycanda ən böyük elektrik stansiyası olmasını xüsusi vurğuladı.
 
1880 meqavat gücündə olan bu stansiya ölkənin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Dövlətimizin başçısı Mingəçevir şəhərinin artıq 1970-ci illərdən başlayaraq Azərbaycanda energetika sektorunda mərkəzi rol oynadığını diqqətə çatdırdı. Qeyd olundu ki, 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Mingəçevirdə "Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur və Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir.
Bu gün biz dünyada müşahidə olunan, demək olar, bütün silahlı münaqişə zonalarında energetika obyektlərinin, ilk növbədə, hücuma məruz qalan hədəflər sırasında olduğunu görürük. Əlbəttə ki, bunda məqsəd qarşı tərəfin enerji potensialını sarsıtmaq, onu iflic vəziyyətə salmaqdır. Öz çıxışında cənab Prezident bu məsələyə toxunaraq bildirdi ki, enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün Avropa məkanında enerji xətlərinin təhlükə altında olmasının çox böyük fəsadlara gətirib çıxarması da bunu təsdiq edir. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqı tamamilə haqlı olaraq özünün enerji təhlükəsizliyini təmin edən ölkələr sırasında duran Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki hazırda Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir və onlardan 10-u Avropa ölkəsidir. Məlum olduğu kimi, qaz təchizatının coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir.
 
Bir çox ölkələr Azərbaycan qazından istifadə etməklə özünün enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz təbii qaz, xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edir. Lakin yaxın gələcəkdə Azərbaycan artıq həm də yaşıl enerji ixrac edəcəkdir.  
Beləliklə, cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.
 
Əbilfəz MAHMUDOV
Energetik
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib