Enerji içkiləri ilə bağlı qaydalar müəyyənləşdi - Rəsmi

Enerji içkiləri ilə bağlı qaydalar müəyyənləşdi - Rəsmi
SOSİAL
10:59 14.06.2019
4041
Qida Təhlükəsizliyi Agentliyi (AQTA)  enerji içkiləri ilə bağlı qaydaları müəyyənləşdirib. 

Agentlikdən AZXEBER.COM-a daxil olan məlumata görə, enerji içkilərinin tərkibində mövcud olan kofein, taurin, qlükoronolakton, inozitol, amin turşular, B qrupu vitaminlər və s. digər stimullaşdırıcı komponentlər bədəndə qan dövranının sürətlənməsini, mərkəzi sinir sistemində hormonların və insulinin ifrazını stimullaşdırır. Belə ki, enerji içkiləri orqanizmdə əlavə enerji mənbəyi kimi yox, onun daxili resurslarından məcburi intensiv istifadənin gücləndiricisi kimi çıxış edir. Nəticədə bu içkilər xüsusən yeniyetmə və gənclərdə orqanizmin daxili ehtiyat qüvvəsinin daha tez tükənməsinə, mərkəzi sinir sisteminin işinin pozulması, depressiya, yuxusuzluq və əsəb gərginliyinə səbəb olur. 

Enerji içkilərinin tərkibindəki stimullaşdırıcı komponentlərin normadan artıq istifadəsi ürək infarktı riskinin artmasına, ürəkbulanma, diareya, qusma, dəridə qızarmalar, epiqastral  nahiyədə spazma, susuzluq, bulanıq görmənin meydana gəlməsinə səbəb olur.

Bu səbəbdən "Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib. Qaydalarda bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.  

Tələblərə əsasən enerji içkilərinin 100 ml-də kofeinin maksimum miqdarı 32 mq, taurinin maksimum miqdarı 200 mq,  inozitol 20 mq, qlükoronolakton 200 mq, kreatinin maksimum miqdarı 1 mq müəyyən edilib. Həmçinin enerji içkilərinin 100 ml-də Vitamin B2-nin maksimum miqdarı 0.34 mq, Vitamin B3  1.4 mq, Vitamin B5 1 mq, Vitamin B6 0.04 mq və Vitamin B12-nin maksimum miqdarı 0.0004 mq-dan çox olmamalıdır.

"Enerji içkilərinə dair sanitariya norma və qaydaları”nda göstərilir ki, enerji içkilərinin istehsalında alkoqoldan istifadə qadağandır. Enerji içkilərinin etiketlərində mütləq "Enerji içkisi”, "Tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə, yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Qeyd edək ki, "Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edildiyi gündən 60 gün sonra qüvvəyə minir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabahın hava proqnozu açıqlanıb
12:12 27.06.2025
Sabahın hava proqnozu açıqlanıb
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs  - VİDEO
11:54 27.06.2025
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs - VİDEO
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
11:47 27.06.2025
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
Öykü Gürman “Gassal”da
11:45 27.06.2025
Öykü Gürman “Gassal”da
Çin və ABŞ arasında razılıq əldə olunub
11:39 27.06.2025
Çin və ABŞ arasında razılıq əldə olunub
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
11:38 27.06.2025
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:36 27.06.2025
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
11:32 27.06.2025
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
11:31 27.06.2025
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
11:28 27.06.2025
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
11:27 27.06.2025
İlham Əliyev Polşanın yeni səfirinin etimadnaməsini qəbul edib
Marsda yaşayış məkanı aşkarlandı
11:23 27.06.2025
Marsda yaşayış məkanı aşkarlandı
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
11:17 27.06.2025
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb