Enerji içkisi içən idmançının ürəyi dayandı

DÜNYA
15:25 03.02.2025
174
Milyonlarla insanın istehlak etdiyi kofeinli enerji içkisini içən qadın idmançının ürəyi dayanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı idmançı Jazmin Garza enerji içkisinin üçdə birini içdikdən sonra idman zalında çəki qaldırarkən infarkt keçirib.
 
Ürəyi dayanan və nəfəsi kəsilən Jazminə dostu İsaak dərhal ona ürək masajı edib. Gələn tibb işçiləri ürəyi yenidən işə salmaq üçün şok terapiyası tətbiq ediblər.
 
Böyrəkləri, ağciyərləri və ürəyi ciddi zədələnən gənc qadın xüsusi aparat dəstəyinə qoşulub. 

Həkimlər çoxsaylı analizlər aparsalar da, infarktın səbəbini tapa bilməyiblər.
 
Jazmin naməlum ürək xəstəliyi ilə enerji içkilərinin birləşməsinin bu vəziyyətə səbəb ola biləcəyini düşünür.

İçkinin bu hadisəyə səbəb olub-olmadığı bilinmir, lakin ekspertlər enerji içkilərinin ürək ritminin pozulması, depressiya, xərçəngi və yuxusuzluq kimi riskləri olduğunu söyləyirlər.
 
Gülay
 

 



 

OXŞAR XƏBƏRLƏR