Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalandı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi və TuranBank arasında əməkdaşlıq müqaviləsi imzalandı
İQTİSADİYYAT
13:26 13.04.2026
1451
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və TuranBank ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. 

Müqaviləni TuranBank  ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev və EMTA-nın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov imzalayıblar.

Müqavilənin əsas məqsədi bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsini təmin etməkdir. Rövşən İsmayılov Fond barədə məlumat verərək, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin müasir dövrdə əhəmiyyətini qeyd edib. Ölkənin aparıcı bankları ilə əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdıraraq o, bu çərçivədə əməkdaşlığın gələcək perspektiv imkanlarını vurğulayıb. 

TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev: "TuranBank olaraq biz yerli və beynəlxalq fondlarla geniş əməkdaşlıq təcrübəsinə malikik. Enerji effektivliyi fondu ilə qurulan bu tərəfdaşlıq ölkəmizdə enerji səmərəliliyi layihələrinin maliyyələşdirilməsi üçün yeni və geniş imkanlar açacaq. İnanırıq ki, geniş filial şəbəkəmiz vasitəsilə bu vəsaitlərin real sektora yönəldilməsi iqtisadiyyatın dayanıqlı inkişafına öz töhfəsini verəcəkdir".

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
 
TuranBank
Bizimlə etibarlıdır...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
17:46 15.09.2026
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
17:40 15.09.2026
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
17:31 15.09.2026
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
17:22 15.09.2026
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
17:18 15.09.2026
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 15.09.2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
17:03 15.09.2026
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
17:00 15.09.2026
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
16:55 15.09.2026
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
16:49 15.09.2026
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
16:45 15.09.2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
16:42 15.09.2026
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
16:35 15.09.2026
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
16:29 15.09.2026
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
16:26 15.09.2026
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı
16:22 15.09.2026
“Bakalavrın müddəti azaldılsa, işsizlik problemi yarana bilər” - Ekspert risklərdən danışdı