Ənvər Seyidov xəstəxanaya yerləşdirildi

Ənvər Seyidov xəstəxanaya yerləşdirildi
SOSİAL
17:58 27.09.2017
1332
Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov yenidən xəstəxanaya yerləşdirilib.
 
Sentyabrın 25-də hakimin səhhəti pisləşib. 

Bu səbəbdən də Ə.Seyidov Mərkəzi Neftçilər Xəstəxanasının ümumi reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan faktı təsdiq ediblər. Bildirilib ki, Ənvər Seyidov xəstəxanaya gətirilərkən, vəziyyəti kritik olub: "İki gündür bura gətirilib. Gəldiyi günə nisbətən vəziyyəti sabitləşib, həyati təhlükəsi yoxdur. Üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmayıb”.

///Modern.az
OXŞAR XƏBƏRLƏR