"Əqidəsini tez-tez dəyişən bu siyasətçi də xainliklə ölkədəki sabitliyə kölgə salmaq niyyətindədir”

"Əqidəsini tez-tez dəyişən bu siyasətçi də xainliklə ölkədəki sabitliyə kölgə salmaq niyyətindədir”
SİYASƏT
14:52 28.07.2023
361
FETÖ terror təşkilatının Türkiyədə törətdiyi əməllərdən artıq hamımınız xəbəri var. Əlbəttə təşkilat günü bu gün də Türkiyənin əleyhinə addımlar atmaqdan çəkinmir və Türkiyəyə yaxın olan dövlətlərin də daxilində qarışıqlıq yaratmaq, siyasi ab-havanı pozmağa cəhd edir. Bu baxımdan ölkəmizdə də görünür, Azərbaycanı sevməyənlər düşmən cəbhədə yer almaqla yenə özləri üçün çıxar, mənfəət əldə etmək niyyətinə düşüblər. Məhz Qubad İbadoğlunun da belə bir təşkilatla əlbir olmasının ortaya çıxması göstərir ki, əqidəsini tez-tez dəyişən bu siyasətçi də xainliklə ölkədəki sabitliyə kölgə salmaq niyyətindədir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

"Qubad İbadoğlunu hər kəs əqidəsini tez tez dəyişən siyasətçi kimi qələmə verir. Bu da əsassız deyil. Xatırlayırsınızsa, o, vaxtilə AMİP-də təmsil olunmuşdu. Daha sonra uzun illər ərzində Müsavat Partiyasının Divan üzvü idi. Həmin partiyada liderlik ambisiyalarını təmin edə bilmədiyi üçün partiyadan uzaqlaşmaqla ADR adlanan qeyri-legitim bir "siyasi köşk” yaratmışdı. Əlbəttə şəxsi maraqlar naminə partiyanı, silahdaşlarını və ideologiyanı rahat dəyişdirən siyasətçiyə etibar etmək olmaz. Bu cür siyasətçilər üçün sadiqlik ən sonuncu əxlaq meyarıdır. Bu baxımdan demək olar ki, Qubad İbadoğlu özünü ciddi siyasi fiqur kimi heç vaxt təsdiqlədə bilmədi. Söz ilə əməl arasında, habelə verilən vədlər və reallıq arasında qısa müddət ərzində ifşa olunmuş uyğunsuzluq səbəbindən ADR-dən (ADRP-dən) kütləvi istefalar dalğası başlamışdı. Demək  olar ki, ətrafında olan silahdaş adlandırdığı şəxslər hamısı onu tərk etdi. Qubad İbadoğlunun "ciddi siyasi” fiqur obrazının cəmiyyət tərəfindən qəbul olunmaması, partiya ilə bağlı ifşaedici faktların yayılması və ADRP-dən qalmaqallı istefaların baş verməsi nəticəsində Qubad İbadoğlunun ciddi siyasi fiqur obrazı puç oldu. Bu səbəbdən də o, təxribat və təhrik xarakterli addımlar atmağa başladı”. 

Deputat həmçinin qeyd edib ki, Qubad İbadoğlu xarici təşkilatlar tərəfindən ayrılan qrant müsabiqələrinin hər zaman "növbətçi” qalibi olmuşdur: "Onun xaricdə təhsil alması da məhz bu əlaqələrin sayəsində baş tutmuşdur. Əlbəttə ki, bu qalibiyyətlərə minnətdar olan Qubad İbadoğlu hər zaman həmin təşkilatlara sadiqliyini təklif edir. Azərbaycan əleyhinə olan xarici təşkilatlarla yaradılan əlaqə isə sırf Azərbaycanın inkişafına kölgə salmaq, nizam intizamı pozmaq cəhdlərindən başqa heç bir şeyi ifadə etmir. Bu baxımdan hüquq mühafizə orqanlarının vaxtında atdığı addımlar  həqiqətin bütün çılpaqlığı ilə üzə çıxmasına yardım edəcək”.
OXŞAR XƏBƏRLƏR