Vyetnamda ər-arvad xəyanəti problemi o qədər ciddi hal alıb ki, bu, hətta ölkə hökumətinin də diqqətini cəlb edib və vəziyyətin düzəldilməsi qərara alınıb.
AZXEBER.COM NEWS ru.com-a istinadən xəbər verir ki, hakimiyyət ailə sədaqətini pozan arvad və əri pul cərimələri ilə cəzalandırmağı təklif edir.Hökumətin 110 saylı müvafiq əmri noyabrın 11-də qüvvəyə minib. Əmrə əsasən, xəyanətkar ər və arvad təqribən 45-145 ABŞ dolları miqdarında cərimə ödəməli olacaq.