Ər arvadına "WhatsApp"da foto göndərərək təhdid etdi: "Bu sənin ölüm səbəbin olacaq" - FOTO

Ər arvadına "WhatsApp"da foto göndərərək təhdid etdi: "Bu sənin ölüm səbəbin olacaq" - FOTO
DÜNYA
00:02 25.01.2023
501
Keçən il Kayseridə olduğu Yasin Ö. və həyat yoldaşı Büşra Ö. adlı şəxslər qısqanclıq zəminində mübahisə edib. Mübahisə davaya çevrildiyindən Yasin Ö. arvadı Büşra Ö.-nü boğub, başına vurub, daha sonra isə ona "WhatsApp” mesajlaşma proqramı vasitəsilə kəndirdən asılmış qadın və kişi fotolarını göndərib. Fotoya "O fotonu heç vaxt yadından çıxarma, o ip sənin kəfənin, ölüm səbəbin olacaq" yazan kişi həyat yoldaşını ölümlə hədələyib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Büşra Ö.-nin şikayəti ilə ərinə qarşı "xəsarət” və "hədə-qorxu” maddəsi ilə iddia qaldırılıb.

Məhkəmədə keçirilən son iclasda Büşra Ö. və həyat yoldaşı Yasin Ö. iştirak edib. İclasda əvvəlki ifadələrini təkrarlayan, lakin şikayətini geri çəkən Büşra Ö. "Məni qısqandığı üçün aramızda mübahisə oldu. Məni öldürməklə hədələdi. Özünü asan qadının fotolarını göndərdi. Boğazımdan yapışdı. Məni boğmağa çalışdı.Qonşular səsimi eşitdi", - deyə bildirib.

Hakim təqsirləndirilən Yasin Ö.-yə 7 ay 15 gün həbs cəzası verib. "Xəsarət” cinayətinə görə 225 məhkəmə günü 4500 TL pul cəzası təyin edən hakim, müttəhimin cinayəti olmadığı üçün hökmün elanının təxirə salınmasına qərar verib.

Aydın
 

 

 


OXŞAR XƏBƏRLƏR