Ər arvadını yandırdı - Ağdamda dəhşət

Ər arvadını yandırdı - Ağdamda dəhşət
SOSİAL
17:11 10.11.2016
2541
Ağdamda ər arvadını yandırıb. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.
 
Ağdam Rayon Polisi İdarəsindən verilən xəbərə görə, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.
 
K. Vəliyevanın müəllim olduğu bildirilir.
  
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR