Beyrutda arvadı ilə mübahisə edən kişi onun özünü çoxmərtəbəli binanın balkonundan yerə atmasını mobil telefonu ilə lentə alıb.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, insanları şoka salan video ötən bazar günü sosial şəbəkələrə qoyulub. Livanın paytaxtında baş verən bu olay ən çox izlənən dəhşətli videolardan biridir.
Qeyd edək ki, Beyrutun mərkəzi rayonlarından birinin sakini Kifah Feyruz adlı bir nəfər arvadı Əminə İsmayılla mübahisə edib. Videodan da görünür ki, qadın balkonun kənarında oturub və ayaqlarını aşağı sallayıb. Onu ağılsız addım atmamağa çağıran və dilə tutan həyat yoldaşı həm də bu anı telefonu ilə lentə alır.
Onlar arasında belə bir dialoq baş verir: “Sənə nə olub, Əminə? Sən mənə nəsə demək istəyirsən? Əzizim, sevgim mənim, sənin anan bu cızaya layiq deyil. Gəl, sadəcə deyək ki, sən mənimlə xoşbəxt deyilsən. Məni unut, ananı düşün.”
Əminə bir qədər ərinin üzünə baxır, hətta ona nəsə deyir, amma bir neçə saniyə sonra o, özübü aşağı atır və parçalanır. Bu məqamda Kifax təlaş içində çıxışa doğru qaçır.
Olaydan sonra Feyruz Kifax həbs edilib. Mənbənin məlumatına görə, gənc ər-arvad bir müddətdən sonra köçməyı planlaşdıqdıqları yeni binada mübahisə ediblər. Əminənin əri və onun qohumları ilə gərgin münasibəti olub. Məlumatda o da bildirilir ki, guya gənc qadın tez-tez intihar edəcəyini deyirmiş.
Feyruz ifadəsi alındıqdan sonra azadlığa buraxılıb. Ona qarşı iddia qalırılıb-qaldırılmayacağı hələ bəlli deyil.