Ər canlı yayım açandan sonra arvadını öldürdü

Ər canlı yayım açandan sonra arvadını öldürdü
DÜNYA
16:32 17.01.2023
459
Türkiyədə tükürpədici hadisə baş verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Zonguldak bölgəsində qeydə alınıb.

Həyat yoldaşı Şener Barut ilə yaşayan, 6 il evli, 2 uşaq anası olan Sultan Barut ailə münaqişəsi zəminində iki uşağı ilə birlikdə evi tərk edərək qardaşının evinə gedib. Bundan xəbər tutan həyat yoldaşı Şener Barut da barışmaq bəhanəsi ilə həmin evə gəlib.

Qadının qardaşı onları barışdırmaq üçün bacısı və onun əri ilə binanın qapısı önündə təxminən 5 dəqiqə söhbət edib.

Daha sonra mənzilin qarşısına ər və arvad arasında başlayan mübahisə qəfildən davaya çevrilib. Dava zamanı ona xəyanət etdiyini iddia edən arvadına bıçaq çıxaran Şener Barut onu ürəyindən bıçaqlayaraq öldürüb.

Hadisədən sonra qatil şübhəlisi əri Şener Barut polis tərəfindən tutularaq nəzarətə alınıb. Qadının iki uşağı isə prokurorluğun təlimatı ilə polis qrupları tərəfindən nəzarətə götürülüb.

Hadisədən bir müddət sonra Şener Barutun sosial media hesabından canlı yayımlanan görüntüləri ortaya çıxıb. Kadrlarda spirtli içki içib, musiqi dinləyərkən görüntülənən Barut, "Asan deyil, heç vaxt bağışlamıram. Boş ver. Ən azından mənim kimi xəyanət etməmisən. Ailə evində xırda şeylər olur, önəmli olan iş odur ki, bir-birinizə xəyanət etmirsiniz. Qiymətinizi bilin, bir-birinizə qarşı səhv etməyin. Dünya bir insanın ətrafında fırlanmaz. Bir az ağrıdan sonra bir az qəm, bir sevinc. Mən çox dəyər verdim, çox güvəndim, qarşılığında xəyanət aldım", deyə fikirlər bildirib.
 
Aydın
OXŞAR XƏBƏRLƏR