İngiltərədə ər arvadını öldürüb, uşaqları görməsin deyə cəsədi xalçaya bükərək gizlədib.
AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, cinayəti etiraf edən ər həbs edilib.
Steven Grainger adlı kişi ağır daşla 30 yaşlı xanımının başını əzib. O, arvadını öldürdükdən sonra cəsədi xalçaya bükərək uşaqlarından gizlədib.
Qadının cəsədini qohumları tapıb, polisə xəbər veriblər.
Stiven cinayət törətdiyini etiraf edib. O bildirib ki, arvadını mübahisə əsnasında öldürüb.