Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub

Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
DÜNYA
22:05 08.11.2026
87
İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklif qüvvədə qalır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X” sosial şəbəkəsində bildirib.

Nazirin sözlərinə görə, Vaşinqton Tehranın tələblərini, o cümlədən bütün cəbhələrdə müharibənin dayandırılması şərtini yerinə yetirərsə, bunun nəticəsini görəcək.

"Amerikalı seçicilər öz seçimlərini etdilər. İndi seçim etmək növbəsi Ağ Evindir. İki günlük təklifimiz qüvvədə qalır. Bütün cəbhələrdə müharibənin dayandırılması da daxil olmaqla, tələbləri yerinə yetirin və nəticəsini görün. Yaxud müharibəni seçin və döyüşlərdə təcrübə qazanmış, daim ayıq-sayıq olan döyüşçülərimizin sizə necə cəhənnəm yaşadacağını görün”, – Əraqçi yazıb.

Qeyd edək ki, noyabrın 1-də Əraqçi Hörmüz boğazının açılması üzrə iki günlük planla bağlı vasitəçilərlə məsləhətləşmələrin davam etdiyini, lakin hələlik yekun nəticənin əldə olunmadığını açıqlamışdı.

O, bundan əvvəl İranın danışıqlar zamanı boğazın açılması planının həyata keçirilməsi müddətini iki günə endirməyə razılaşdığını bildirmişdi.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Milan" səfərdə "Cenoa"nı üstələdi
22:27 08.11.2026
"Milan" səfərdə "Cenoa"nı üstələdi
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar”
22:16 08.11.2026
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar”
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
22:05 08.11.2026
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
DÇ-2028: Azərbaycanın futzal millisi Latviyaya uduzub
21:54 08.11.2026
DÇ-2028: Azərbaycanın futzal millisi Latviyaya uduzub
Türkiyənin paytaxtında Azərbaycanın Zəfər günü işıqlı lövhələrlə əks olunub
21:43 08.11.2026
Türkiyənin paytaxtında Azərbaycanın Zəfər günü işıqlı lövhələrlə əks olunub
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
21:34 08.11.2026
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Hərəkətdə olan avtomobil anidən alışdı
21:21 08.11.2026
Hərəkətdə olan avtomobil anidən alışdı
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
21:14 08.11.2026
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
21:01 08.11.2026
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
20:54 08.11.2026
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib
Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız
20:46 08.11.2026
Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub - VİDEO
20:36 08.11.2026
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub - VİDEO
Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
20:27 08.11.2026
Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
20:19 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb