İran bütün məsələlər üzrə Rusiya ilə mütəmadi olaraq məsləhətləşmələr aparır.
AZXEBER.COM "Report"aq istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"İran mütəmadi olaraq bütün məsələlər üzrə rusiyalı həmkarlarımızla məsləhətləşmələr aparır", - A.Əraqçi bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə gərginlik ABŞ və İsrailin İrana qarşı addımları səbəbindən artır.