Ərdoğan: ''Aleks ''Fənərbaxça''dan belə getməməli idi''

İDMAN
13:38 16.10.2012
1356

"8 il Türkiyədə oynayan və vətəndaşlıq almaq üçün klub prezidenti ilə yanıma gələn Aleksin sonda komandadan belə getməsini mən də arzu etməzdim. Aleks "Fənərbaxça"dan belə getməməli idi".

AZXEBER.COM-un məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan deyib.

Aleksin heyranı olduğunu bildirən nazir "Fənərbaxça"dakı çıxışını dəyərləndirib:"Aleksin hər il "Fənərbaxça"da vurduğu qollarının sayına baxsaq, orta hesabla 20-yə yaxın qola imza atdığını görərik. Bu, olduqca önəmli bir göstəricidir. Aleksin iki uşağı Türkiyədə dünyaya göz açıb. Braziliyalı futbolçunun ailəsi bununla fəxr edən insanlar idi.Aleks Türkiyəyə yerləşdikdən sonra burada idmana, futbola xidmət etmək istəyirdi. Ancaq təəssüf ki, işi yarımçıq qaldı. Bununla belə, Aleks 2016-cı ildə Braziliyada keçiriləcək olimpiya oyunlarında Türkiyənin orada bir təmsilçisi ola bilər. Aleks mənə bu təklifiməmnuniyyətlə qəbul edəcəyini söylədi. Ona bundan sonrakı həyatında uğurlar arzulayıram".

Qeyd edək ki, 2004-cü ildən "Fənərbaxça"da çıxış edən Aleks keçirdiyi 242 oyunda 137 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR