Ərdoğan: “Ana müxalifətlə ittifaq olmayacaq”

 Ərdoğan: “Ana müxalifətlə ittifaq olmayacaq”
DÜNYA
22:11 26.06.2024
171

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya Qrup toplantısında mühüm açıqlamalar verib. 

AZXEBER.COM xəbər verir ki, CHP ilə ittifaq iddialarına "Hakim partiya ilə ana müxalifət partiyası arasında siyasi ittifaq yoxdur" açıqlaması ilə sərt reaksiya verib.

Ərdoğan açıqlamasında deyib:

"Bizim normallaşmamız əslində müxalifəti normallaşdırmaq cəhdidir. Sıxılmış yumruqları açacaq müxalifətdir. İqtidar partiyası arasında siyasi ittifaq yoxdur. Barışıq, normallaşma, yumşalma olacaq, siyasi müttəfiqlik olmayacaq. Onsuz da biz belə bir səy göstərmirik. Çalışırıq ki, ölkəmizlə, millətimizlə, dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələlərdə ümumi perspektivə nail olaq.

Ayşən

OXŞAR XƏBƏRLƏR