Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik etdi

Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik etdi
SİYASƏT
22:13 18.10.2021
375
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr Müstəqilliyin Bərpasının 30-cu ildönümü münasibətilə təbrik edib.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı bu barədə özünün tviter səhifəsində yazıb.

"Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, kədəri kədərimiz Can Azərbaycanı 18 Oktyabr Müstəqilliyinin Bərpası Gününü səmimi qəlbdən təbrik edirəm", - deyə Türkiyə lideri qeyd edib.

Türkiyənin dövlət başçısı paylaşımına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə fotosunu əlavə edib.
OXŞAR XƏBƏRLƏR