Ərdoğan Bahtiyar Ersayı yüksək vəzifəyə təyin etdi

Ərdoğan Bahtiyar Ersayı yüksək vəzifəyə təyin etdi
DÜNYA
02:14 14.08.2025
378

Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri, ordu generalı Bəxtiyar Ərsaya yeni vəzifəyə təyin edilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəxtiyar Ərsay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. Bu, Türkiyənin əsas ordu birləşməsi sayılır. 

Bundan başqa Polkovnik Zorlu Topaloğlu 2-ci Ordu Komandanlığına, General Kemal Yeni 3-cü Ordu Komandanlığına, General Levent Ergün II Baş Qərargah rəisinə, general Rafet Dalkıran isə Muharip Hava Qüvvələri Komandanlığına təyin edilib.

Xatırladaq ki, avqustun 5-də B.Ərsaya ordu generalı rütbəsi verilib.

Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.

O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.


OXŞAR XƏBƏRLƏR