Ordu sıralarımızda olan F-16-ların modernizasiyası və yeni F-16-ların verilməsi mövzusunu Baydenlə müzakirə etdik.
AZXEBER.COM "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Müdafiə nazirlərimiz prosesləri izləyir. Bu mövzu ilə bağlı cənab Baydenin müsbət yanaşmasını gördüm", - deyə Ərdoğan əlavə edib.